📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Savaşın xarakteri dəyişir: rus əsgərlər hücumdan imtina edir

2022-03-02 14:15:00

Savaşın xarakteri dəyişir: rus əsgərlər hücumdan imtina edir

Rus ordusunun rəhbərliyi öz birliklərinin döyüş qabiliyyətlərini saxlamaq istəyirlər. Ancaq bu, onlarda alınmır.

Hurriyyet.az xəbər verir ki, bu sözləri Ukrayna müdafiə naziri Aleksey Reznikov sosial şəbəkə hesabında yazıb.

“Müdafiənin 147-ci saatı. Hadisələrin xarakteri dəyişir. Rus işğalçılar birliklərinin döyüş qabiliyyətini qorumağa çalışırlar, ancaq alınmır. Bunu əsir düşən rus əsgər və zabitləri də təsdiqləyir. Əsgərlər hücum etməkdən imtina edirlər.

Rusiyada əsir düşən və ölənlərin doğmaları etiraz aksiyasına çıxır. Rusiya təbliğatının total yalanı çat verir”.