SAXAL-ın hücum elədiyi tibb kompleksində 9 min insan var
2023-11-15 12:15:10
Hurriyyet.az xəbər verir ki, İsrailin Müdafiə Ordusunun (SAXAL) hücum elədiyi, Qəzza bölgəsində yerləşən “Əş Şifa” tibb kompleksində hazırda daxili köçkünlər, tibb personalı, xəstələr və yaralılar daxil olmaqla 9 min nəfərə yaxın insan var. Bu barədə məlumatı anklav hökumətinin mətbuat xidməti verib.
Mətbuat xidməti “Əş Şifa” xəstəxanasındakı hadisələrin hərbi cinayət olduğunu bildirib və ABŞ ilə dünya ictimaiyyətinin bunun üçün məsuliyyət daşıdığını bəyan edib.
Hürr Tərcüman