Saxta COVİD-19 pasportu satan tibb bacısı SAXLANILDI
2021-12-15 12:39:00
Tovuz Rayon Mərkəzi Xəstəxanasının tibb bacısı saxlanılıb.
Bu barədə Hurriyyet.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, Tovuz Rayon Polis Şöbəsi əməkdaşlarının əldə edilən məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində dekabrın 14-də Tovuz rayon Mərkəzi Xəstəxanasının tibb bacısı S.Ələkbərova gəlir əldə etmək məqsədi ilə vətəndaşlara saxta COVİD-19 pasportu verdiyi üçün saxlanılıb.