📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Saxta diplom alanlara hörmət etmək lazım deyil - Emin Əmrullayev

2023-07-06 12:27:00

Saxta diplom alanlara hörmət etmək lazım deyil - Emin Əmrullayev

"Nə qədər ki, insanlar saxta diploma hörmətlə yanaşacaq, təhsilimiz inkişaf etməyəcək". 

Hurriyyet.az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev sertifikatlaşdırma imtahanında yüksək nəticə əldə etmiş müəllimlərlə görüşü zamanı deyib. 

"Saxta diplom alanlara hörmət etmək lazım deyil. Saxta diplomlu şəxslərin artması təhsilimizin inkişafına mane olur",- deyə nazir bildirib.