📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Saxta spirtli içkidən 11 NƏFƏR ÖLDÜ

2021-10-07 22:02:00

Saxta spirtli içkidən 11 NƏFƏR ÖLDÜ

Rusiyada saxta alkoqollu içkilərdən zəhərlənərək həyatını itirənlərin sayı 11 nəfərə çatıb.

Hadisə Orenburq vilayətində qeydə alınıb.

Spirtli içkidən zəhərlənərək xəstəxanaya yerləşdirilən dörd nəfərin vəziyyəti isə ağırdır.

Vilayət qubernatoru Denis Paslerin mətbuat xidməti bildirib ki, surroqat spirtdən (Odekolon – Red) hazırlanan içki fərqli qablarda və fərqli yerlərdə satılıb. Vətəndaşlara aksiz markası olmayan spirtli içkiləri almamaq tövsiyyə edilib.

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır. \\Manşet.az