📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Saziş imzalanmadı, Azərbaycan bu kəndi tələb edir

2024-07-12 10:38:37

Saziş imzalanmadı, Azərbaycan bu kəndi tələb edir

İyulun 1-də təsdiq edilməli olan Ermənistan-Azərbaycan sərhədinin demarkasiyası üzrə birgə komissiyanın əsasnaməsi hələ də tərəflər arasında razılaşdırılmayıb.

Hurriyyet.az xəbər verir ki, məsələ ilə bağlı erməni mediası öz mənbələrinə istinadla danışıqların hələ “konstruktiv məcraya” daxil olmadığını yazıb.

Bildirilir ki, Ermənistan bütün sərhədin Almatı Bəyannaməsi əsasında delimitasiyasında maraqlıdır, Azərbaycan isə bu prinsiplə razı deyil.

İddialara görə, Ermənistan Cermuk, Göyçə istiqamətində delimitasiya və demarkasiyanın aparılmasını istəyir, çünki həmin istiqamətdə Azərbaycan Ordusunun irəlilədiyini iddia edir. Azərbaycan isə Qərbi Zəngəzur-Naxçıvan istiqamətində delimitasiyanın tərəfdarıdır. Bu proses daxilində isə Kərki kəndini geri tələb edir.