📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Səadət Dadaşovanı qatar vurub ÖLDÜRDÜ

2023-08-16 19:59:00

Səadət Dadaşovanı qatar vurub ÖLDÜRDÜ

Avqustun 16-da saat 10 radələrində  Salyan-Salmanlı dəmiryol xəttinin Salyan şəhəri ərazisindən keçən 45-ci km-də hərəkətdə olan qatar 1969-cu il təvəllüdlü Səadət Dadaşovanı vurub.
Ağır xəsarətlər alan qadın yerindəcə can verib.

Hurriyyet.Az xəbər verir ki, bu barədə Baş prokurorluğun Mətbuat xidmətindən bildirilib. 
Məlumata görə, hadisə ilə bağlı Salyan rayon prokurorluğunda Cinayət Məcəlləsinin 262.2-ci (dəmir yolu nəqliyyatının hərəkət təhlükəsizliyi və istismarı qaydalarını pozma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanmaqla ibtidai istintaq aparılır.