"Səbail" - "Kəpəz" oyununda dava düşdü, azarkeş bıçaqlandı
2023-01-31 21:37:00
Misli Premyer Liqasının 21-ci turunda keçirilən “Səbail” - “Kəpəz” oyununda azarkeşlər arasında dava düşüb.
Hurriyyet.Az xəbər verir ki, "dənizçilər"in azarkeşi Gəncədən gələn azarkeşlərdən birinə bıçaqla xəsarət yetirib. O, təcili yardımla xəstəxanaya çatdırılıb.
Qeyd edək ki, "Səbail" - "Kəpəz" qarşılaşması meydan sahiblərinin 1:0 hesablı qələbəsiylə başa çatıb.(newsport.az)