📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

"Səbail" - "Qarabağ" oyununun ikinci hissəsi elektrik enerjisi kəsildiyi üçün gec başlayıb

2022-12-24 20:26:00

Azərbaycan Premyer Liqasının XVIII turunda "Səbail" və "Qarabağ" komandaları arasında keçirilən oyunun ikinci hissəsi nəzərdə tutulan vaxtdan gec başlayıb.

Buna matçın oynanıldığı "ASCO Arena"da elektrik enerjisinin kəsilməsi səbəb olub.

Yalnız stadiondakı generatorlar vasitəsilə elektrik enerjisinin verilişi bərpa olunduqdan sonra ikinci yarının start fiti verilib.

Qeyd edək kİ, hazırda qarşılaşmada hesab açılmayıb. \\Report