"Səbail" daha 2 futbolçu ilə müqavilə imzalayıb
2024-07-12 22:46:41
Yeni mövsüm öncəsi transfer çalışmalarını davam etdirən "Səbail" daha iki futbolçunu heyətinə qatıb.
Hurriyyet.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
"Dənizçilər" gənc oyunçular - yarımmüdafiəçi Gülağa Əsədov və qapıçı Əlirza Müştəbəzadə ilə müqavilə imzalayıb.