📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Səbail rayonunda su təminatı bir gün ərzində bərpa edildi

2026-10-13 15:53:15

Səbail rayonunda su təminatı bir gün ərzində bərpa edildi

Səbail rayonunun bəzi ərazilərinin su təminatında gün ərzində yaranan müvəqqəti fasilə səhər saatlarından bərpa edilib.

Hurriyyet.net  xəbər verir ki, bu barədə “İri Şəhərlərin Su Təchizatı” QSC məlumat yayıb. 

Bildirilib ki, 12 oktyabr gecə saatlarında magistral su xəttində aparılan təmir-bərpa işləri ilə bağlı görüləcək işlər çərçivəsində fasilə yaranmışdı. Hazırda abonentlərin su təminatı əvvəlki rejimlə icra olunur.