📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

"Səbail"də "təmizləmə əməliyyatı" – Diniyev bu futbolçulardan qurtulmaq istəyir

2023-06-13 20:24:00

"Səbail" klubunun baş məşqçisi Şahin Diniyev sərəncamındakı adlara "əl gəzdirməkdə" davam edir.

56 yaşlı mütəxəssis 30 yaşdan yuxarı futbolçuları heyətdə görmək istəmir.

Mövsüm bitdikdən sonra xeyli futbolçu yola salan "dənizçilər"də növbəti ayrılıq yaşana bilər.

Belə ki, Diniyev bu istəyini klub rəhbərliyinə bildirib. O, növbəti mövsümə yenilənmiş, gənc heyətlə başlamaq istəyir.

Qeyd edək ki, təcrübəli çalışdırıcının "Səbail"lə 2024-cü ilin 30 iyununadək müqaviləsi var. \\Offsideplus.az