📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

“Səbail”in yeni baş məşqçisi bəlli oldu

2022-12-28 21:53:00

“Səbail”in yeni baş məşqçisi bəlli oldu

“Səbail”in yeni baş məşqçisi müəyyənləşib.

Paytaxt təmsilçisini bundan sonra Şahin Diniyev çalışdıracaq.

Bu barədə “dənizçilər”in sosial şəbəkə hesabı məlumat paylaşıb. Lakin təcrübəli mütəxəssislə müqavilənin müddəti və digər detalları açıqlanmayıb.

Diniyev “Səbail”in baş məşqçi postunda ötən gün istefa vermiş Mahmud Qurbanovu əvəz edib.\\Fanat