📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Şəbnəm Bayramova narkotikə görə həbs olundu

2026-02-07 11:59:09

Şəbnəm Bayramova narkotikə görə həbs olundu

Siyəzən rayonunda narkotiklərin qanunsuz dövriyyəsində təqsirləndirilən əvvəllər məhkum olunmuş 40 yaşlı Şəbnəm Bayramova həbs olunub.

Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Quba regional qrupundan məlumat verilib.

Bildirilib ki, ondan 6 kiloqrama yaxın marixuana, külli miqdarda heroin, psixotrop maddə olan metamfetamin, həmçinin psixotrop tərkibli 120 ədəd preqabalin həbi maddi sübut kimi götürülüb.

Faktla bağlı cinayət işi başlanılıb, məhkəmənin qərarı ilə saxlanılan şəxs barəsində həbs qətimkan tədbiri seçilib.