📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Şəbnəmin atası qızının geyimindən danışdı - Video

2023-11-30 17:14:04

Şəbnəmin atası qızının geyimindən danışdı - Video

"Şəbnəm uşaqlıqda kepkanı başına qoyurdu, kostyum geyinirdi. Tovuzun bu ərazisində birincə şalvar geyinən qızım olub. Şəbnəm 3 yaşından sonra ətək yox, yalnız şalvar geyinib. Oğlan tərzində. Mən ona sərbəstlik vermişəm. Şəbnəm arxasız uşaq olub. O, qazandığı hörmətin hamısını dizlərini yerə qoyaraq, iməkləyərək əldə edib". 

Hurriyyet.az xəbər verir ki, bunu müğənni Şəbnəm Tovuzlunun atası Ələddin Əsədov "İncə səhər" verilişində deyib. 

O hələ də qızının geyiminə müdaxilə etdiyini bildirib: "Qızım Şəbnəm əlinə mikrofon alanda, ona bircə kəlimə söz dedim: "Əlində mikrofon səni hansı efirdə açıq-saçıq görsəm, üzünə darvazanı açmayacağam".

Heç onu açıq-saçıq geyimdə görmüsünüz? Yox! Onun geyiminə qarışıram. Həyatda varamsa, onun valideyniyəm. Bir dəfə ona geyimi ilə bağlı iradımı bildirmişəm. Qonşunun televizoruna baxırdıq. Gördüm ki, əyninə geyindiyi ətək bir az qısadır. Qonşuya söylədim ki, Şəbnəmə zəng et. De ki, əyninə geyindiyi ətək çox xoşuma gəldi. Bir də onu əynindən çıxarmasın. Bununla da məsələyə nöqtə qoydum. Sətiraltı sözümü dedim. Qazanın ağzına qapaq qoyuldu". 

yenisabah.az