📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

SƏBR- Şeir

2023-04-20 13:40:00

SƏBR- Şeir

Müşküllərə çarə edər,

Yetər bizdə olsun səbr.

Dərman edər, dəva edər,

Acılara, etsən səbr.

 

Çox üzləri ağ eyləyib,

Təpələri dağ eyləyib,

Damla-damla göl eyləyib,

Mümkünsüzü-mümkün, səbr.

 

Qış dolanıb, yaz olursa,

Gecəmiz, gündüz olursa,

Yaman gün, pis gün olursa,

Olacaq yaxşı gün, səbr!

 

Qırıq ürəklərə çarə,

Yetim bəbəklərə çarə,

Kasıb diləklərə carə,

Başqa heç nə, yenə səbr.

 

Hər bir işdə gərək olar,

Hər çətində kömək olar,

Xeyir işə, haqsızlıga,

Gərəkdir ki, etmə səbr.

 

ŞAMİL

20.04.2023