"Seçkilərdən sonra Azərbaycan iqtidarı açıq şəkildə "rusməramlıların" çıxacağını deməlidir" - NATİQ CƏFƏRLİ
"2025-ci il seçkilərə Şimaldan ciddi müdaxilələr ola bilərdi, necə ki, 2013-cü ildə "Milyarderlər İttifaqı", "şura-mura" ilə buna cəhd etmişdilər"
"Rusiyanın müdafiə naziri Sergey Şoyqu Rusiya ordusunun Qarabağda sülhün əsas təminatçısı olduğunu deyib. Qarabağda kimlə-kim arasında sülhü təmin edirlər?! Bu nə mənasız, yersiz bəyanatdır?!" Hurriyyet.az xəbər verir ki, bunu Respublikaçı Alternativ Partiyasının (REAL) icra katibi, politoloq Natiq Cəfərli bildirib.
Politoloq hesab edir ki, 7 fevral seçkilərindən sonra Azərbaycan iqtidarı açıq şəkildə "rusməramlıların" çıxacağını deməlidir: "Zatən, seçkinin önə çəkilməsi səbəblərindən biri də 2025-ci ilə qədər qalma mandatlarının olmasıdır. Həmin il seçkilərə Şimaldan ciddi müdaxilələr ola bilərdi, necə ki, 2013-cü ildə "Milyarderlər İttifaqı", "şura-mura" ilə buna cəhd etmişdilər. Ona görə də seçkidən həmən sonra "rusməramlıların" çıxarılma təqvimi elan edilməlidir".
Vazeh BƏHRAMOĞLU,
Hurriyyet.az