📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Seçkilərin ilkin nəticəsi – Netanyahunun partiyası liderdir

2022-11-02 10:56:00

Seçkilərin ilkin nəticəsi – Netanyahunun partiyası liderdir

Hurriyyet.az “Vestnik Kavkaza” nəşrinə istinadla xəbər verir ki, ekzitpolun ilkin nəticələrinə görə, İsrailin keçmiş Baş naziri, indiki müxalifətin lideri Binyamin Netanyahunun rəhbərlik elədiyi “Likud” partiyası Knessetə növbədənkənar seçkilərdə birinci sıradadır.

Binyamin Netanyahunun partiyası 120 yerlik parlamentə 30 mandat alacaqdır. İndiki Baş nazir Yair Lapidin “Yeş atid” partiyası isə ilkin nəticələrə görə, 22 mandatla ikinci yerdədir. Bu barədə məlumatı İsrailin “Kan” telekanalı verib.

Hürr Tərcüman