📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

“Sədərək”də külli miqdarda pirotexniki vasitələr aşkarlandı

2024-12-11 19:35:46

“Sədərək”də külli miqdarda pirotexniki vasitələr aşkarlandı

Bakı Baş Gömrük İdarəsinin Əməliyyat və təhqiqat idarəsinin əməkdaşları tərəfindən həyata keçirilən tədbirlər nəticəsində 2 fakt üzrə pirotexniki vasitələr aşkar edilərək qanunsuz dövriyyədən çıxarılıb.

Bu barədə Hurriyyet.az-a Dövlət Gömrük Komitəsinin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən məlumat verilib.

Bildirilib ki, “Sədərək” Ticarət Mərkəzinin ərazisində Azərbaycan Respublikası vətəndaşlarının idarə etdikləri nəqliyyat vasitələrindən, eləcə də həmin şəxslərdən birinin istifadəsində olan anbardan satış məqsədilə saxlanılan 5119 ədəd pirotexniki vasitə aşkar edilib.

Hər iki faktla bağlı araşdırma aparılır.