📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Sədr müavini: "COP29 iştirakçıları üçün metrodan istifadə pulsuzdur"

2024-11-06 17:20:22

Sədr müavini:

"Bu gündən BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəfləri Konfransının 29-cu sessiyasının (COP29) iştirakçıları üçün metro nəqliyyatından istifadə ödənişsizdir".

Hurriyyet.az xəbər verir ki, bunu Oxu.Az-a açıqlamasında "Bakı Metropoliteni" QSC-nin sədr müavini Hidayət Məmmədov deyib.

O bildirib ki, bunun üçün COP29 iştirakçıları akkreditasiya kartını təqdim etməlidirlər:

"Siyahı bizə təqdim olunub. Sözügedən siyahı bütün metro stansiyalarına göndərilib".

Qeyd edək ki, COP29 ərəfəsində ictimai nəqliyyatdan istifadənin ödənişsiz olması nəzərdə tutulub. Buraya avtobus, metro və dəmiryol nəqliyyatı daxildir.