📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Sədrlikdən namizədliyini geri götürdü, işdən də çıxır

2026-08-28 15:21:00

Sədrlikdən namizədliyini geri götürdü, işdən də çıxır

“Azərbaycan Kinematoqrafçılar İttifaqının (AKİ) icraçı katibi vəzifəsində çalışmağım ilə bağlı müqaviləm hazırda qüvvədədir”.

Hurriyyet.media  xəbər verir ki, bu barədə APA-ya açıqlamasında kinorejissor Əli İsa Cabbarov bildirib.

O, AKİ sədrliyinə namizədliyini geri götürdüyünü qeyd edib.

Əli İsa Cabbarov işdən çıxmaqla bağlı ərizə təqdim etdiyini də vurğulayıb.

“Lakin ərizə yeni sədr seçiləndən sonra təsdiqlənə bilər. İdarə Heyətinin bu gün qəbul etdiyi qərarı isə bilmirəm. Yeni sədr müqaviləmə xitam verə bilər”, - o əlavə edib.