📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Şəfahət İmranov vəzifəsindən azad edildi

2026-02-02 14:32:17

Şəfahət İmranov vəzifəsindən azad edildi

Respublika hərbi prokurorunun müavini - ədliyyə general-mayoru Şəfahət İmranov vəzifəsindən azad edilib.

Hurriyyet.org “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu barədə baş prokuror Kamran Əliyev Əmr imzalayıb.

17 ildir respublika hərbi prokurorunun müavini işləyən Ş.İmranov Abşeron rayonunun prokuroru təyin olunub.

Qeyd edək ki, baş prokuror Kamran Əliyev bundan əvvəl Tərtərin mülki və hərbi prokurorlarını da dəyişib.