📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Səfər Mehdiyev infarkt keçirib?

2022-08-24 09:57:00

Səfər Mehdiyev infarkt keçirib?

Prezident İlham Əliyev tərəfindən ötən ay vəzifəsindən azad edilən Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyevin avqustun 19-da infarkt keçirdiyi bildirilir. 

Hurriyyet.az xəbər verir ki, bu haqda məlumatı PİA.az saytı yayıb. Xəbərdə bildirilir ki, o hazırda özünə məxsus olan Uniklinika xəstəxanasında müalicə alır.

Sayt həmçinin Səfər Mehdiyevin qardaşı Kazım Mehdiyevin Naxçıvanda saxlanıldığı xəbərini də yayıb. Qeyd edilir ki, Kazım Mehdiyev qardaşının Naxçıvandakı bağçılıq biznesini idarə edib.