📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Səfər Mehdiyevin daha bir adamı vəzifədən azad edildi

2022-12-27 11:01:00

Səfər Mehdiyevin daha bir adamı vəzifədən azad edildi

Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin rəisi, gömrük xidməti polkovniki Mehman Sadıqov vəzifəsindən azad edilib.

Hurriyyet.az xəbər verir ki, “Unikal”ın əldə etdiyi məlumata görə, bununla bağlı Komitə sədrinin birinci müavini, sədr vəzifəsini müvəqqəti icra edən gömrük xidməti general-leytenantı Şahin Bağırov əmr imzalayıb.

Hələlik Mehman Sadıqovun yerinə təyinat yoxdur.

Qeyd edək ki, Mehman Sadıqov Komitənin sabiq sədri Səfər Mehdiyevin əmri ilə bu ilin yanvar ayında Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin rəisi vəzifəsinə təyin edilib.