📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Səfər Mehdiyevin daha bir kadrı işdən çıxarıldı - ÖZƏL

2022-08-16 10:58:00

Səfər Mehdiyevin daha bir kadrı işdən çıxarıldı - ÖZƏL

Dövlət Gömrük Komitəsi Katibliyinin rəisi vəzifəsindən azad edilib. 

Hurriyyet.az-ın əldə etdiyi məlumatına görə, Komitə sədrinin birinci müavini, sədr vəzifəsini müvəqqəti icra edən Şahin Bağırovun əmri ilə dünən Katibliyin rəisi, gömrük xidməti polkovniki Şükürov Muxtar Fazil oğlu işdən çıxarılaraq, təqaüdə göndərilib. 

Qeyd edək ki, bu ilin yanvar ayında Dövlət Gömrük Komitəsinin sabiq sədri Səfər Mehdiyevin müvafiq əmri ilə Muxtar Şükürov "Abşeron" gömrük postunun rəisi vəzifəsindən azad edilərək, Komitə Katibliyinin rəisi vəzifəsinə təyin edilmişdi.