📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Səfər Mehdiyevin ölkədən çıxışına “stop” qoyuldu

2022-07-26 11:02:00

Səfər Mehdiyevin ölkədən çıxışına “stop” qoyuldu

Prezidentin sərəncamı ilə Dövlət Gömrük Komitəsinin sədri vəzifəsindən uzaqlaşdırılan Səfər Mehdiyevin ölkədən çıxışına məhdudiyyət qoyulub.

Hurriyyet.az xəbər verir ki, sabiq komitə sədrinin ölkədən çıxışının qadağan olunması Gömrük Komitəsinin yüksək vəzifəli şəxslərinin həbsindən sonra başlanmış cinayət işinin istintaqı ilə bağlıdır.

Qeyd edək ki, Dövlət Gömrük Komitəsində keçirilən antikorrupsiya əməliyyatları çərçivəsində adıçəkilən qurumun rəhbərliyində olan bir sıra generallar həbs edilib.

Gununsesi.info