📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Səfir: Truskavets Ukraynada azərbaycanlılar üçün aparıcı turizm məkanıdır

2024-04-08 20:56:15

Səfir: Truskavets Ukraynada azərbaycanlılar üçün aparıcı turizm məkanıdır

Truskavets Ukraynada azərbaycanlılar üçün aparıcı turizm məkanıdır.

Bu barədə Azərbaycanın Ukraynadakı səfiri Seymur Mərdəliyev “X” sosial şəbəkəsində yazıb.

“Truskavets şəhərinin meri Andrey Kulçinski ilə görüşdə Azərbaycanla Ukraynanın bu məşhur kurortu arasında turizm potensialı müzakirə olunub. Truskavets və onun qardaş şəhəri Quba arasında əməkdaşlıq haqqında fikir mübadiləsi apardıq”, - diplomat qeyd edib. \\Report.Az