📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Səfir: "Zelenski Putinlə birbaşa danışıqlara hazırdır"

2022-01-22 17:17:00

Səfir:

“Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya Prezidenti Vladimir Putinlə birbaşa dialoqa hazırdır”.

Report TASS-a istinadən xəbər verir ki, bunu Ukraynanın Almaniyadakı səfiri Andrey Melnik “Handelsblatt” nəşrinə müsahibəsində bildirib.

Diplomatın sözlərinə görə, Volodimir Zelenski istənilən vaxt Vladimir Putinlə birbaşa danışıqlar aparmağa hazır olsa da, Moskva Kiyevin uzatdığı əllərdən imtina edir.

A.Melnik bildirib ki, Almaniya kansleri Olaf Şols Donbas üzrə “Normand formatının” (Rusiya, Almaniya, Fransa və Ukrayna) bərpasını şəxsən istəməlidir. O, Almaniya hökuməti və müxalifətini Ukraynaya müdafiə silahı tədarük etməsi məsələsinə yenidən baxmağa çağırıb.

Report.az