📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Səfirimiz bu ölkəyə erməni radikalları ilə bağlı təşəkkür etdi

2023-10-02 23:10:51

Səfirimiz bu ölkəyə erməni radikalları ilə bağlı təşəkkür etdi

Azərbaycanın Belçika və Lüksemburqdakı səfiri, Azərbaycanın Avropa Birliyi yanında Nümayəndəliyinin başçısı Vaqif Sadıqov erməni radikallarının “Azərbaycan səfirliyinə qarşı mümkün zorakılığını” qabaqladığına görə Brüsselə təşəkkür edib.

Hurriyyet.Az xəbər verir ki, bu barədə diplomat sosial şəbəkə hesabında yazıb.

“Oktyabrın 1-də erməni ekstremistlərinin Azərbaycan səfirliyinə qarşı mümkün zorakılığının qarşısının alınması üçün lazımi ehtiyat tədbirlərinin görülməsinə görə Belçika Xarici İşlər Nazirliyinə və Brüsselin Montqomeri Polis Bölməsinə minnətdarlığımızı bildiririk. Çox sağ olun!”, - səfir qeyd edib.