📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Səfirlik: 20 Yanvar şəhidlərinin xatirəsi Ukrayna və Azərbaycanı birləşdirir

2026-01-20 14:04:47

Səfirlik: 20 Yanvar şəhidlərinin xatirəsi Ukrayna və Azərbaycanı birləşdirir

Azadlıq üçün canlarından keçən qəhrəmanların xatirəsi Ukrayna və Azərbaycanı birləşdirir.

Hurriyyet.az APA  xəbərə istinadla bildirir ki, bu barədə Ukrayna səfirliyinin sosial şəbəkə hesabında 20 Yanvar hadisələrinin ildönümü ilə bağlı başsağlığı mesajında qeyd olunub.

“Biz Azərbaycan xalqı ilə həmrəyik və günahsız qurbanların parlaq xatirəsi önündə dərin ehtiramla baş əyirik.

Azadlıq uğrunda öz həyatlarından keçən qəhrəmanların xatirəsi Ukrayna və Azərbaycanı birləşdirir, eləcə də xalqlarımız arasında qarşılıqlı dostluğu gücləndirir. Bu dostluq suverenlik, ərazi bütövlüyü, müstəqillik və insan şərəfinin təmin olunması üzərində qurulub”, - bildirilib.