📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Səfirliyə hücumun terror təşkilatı tərəfindən törədildiyi iddia edilir

2024-06-05 11:40:46

Səfirliyə hücumun terror təşkilatı tərəfindən törədildiyi iddia edilir

Hurriyyet.az xəbər verir ki, ABŞ-ın Livandakı səfirliyinə hücum edərək atəş açan Suriya vətəndaşının İŞİD ilə əlaqəli olduğu bəyan edilib.
Bu barədə Birləşmiş Ərəb Əmirliklərində fəaliyyət göstərən "Al Hadath" telekanalı məlumat verib. Xəbərdə bildirilir ki, atəş açılan silahın qundağında İŞİD döyüşçülərinin rəmzləri həkk olunub. Xəbər verildiyi kimi, atəş açan şəxs Livan qüvvələri tərəfindən yaralanıb, hazırda hərbi xəstəxanada mühafizə altındadır.
Saxlanılan şəxsin tək olmadığı barəsində məlumat verilib. Livan ordusu səfirlik ərazisini mühasirəyə alaraq axtarış aparır. 
Hürr Tərcüman