"Səhər bir söz deyir, axşam başqa..." - Belarus lideri Minskdə Tramp haqqında DANIŞDI!
Belarus Prezidenti Aleksandr Lukaşenko Minskdə Avrasiya Hökumətlərarası Şurasının iclasında iştirak edən Baş nazirlərlə görüşü zamanı ABŞ Prezidenti Donald Trampa olan münasibətini açıq şəkildə ifade edib.
Hurriyyet.net xəbər verir ki, Belarus lideri özünü "trampist" adlandıraraq ABŞ-dəki seçkilər zamanı onu dəstəklədiyini bildirib.
Görüşdə çıxış edən Lukaşenko deyib: "Mən Trampı dəstəkləyirdim və əminəm ki, sizin də bir çoğunuz seçkilərdə onu dəstəkləyirdiniz. Bəli, mən amerikalılarla danışıqlar apararkən onları açıq şəkildə tənqid edirəm, mövqeyimi birbaşa özlərinə deyirəm".
Bununla yanaşı, Belarus Prezidenti amerikalı həmkarının addımlarındakı dəyişkənliyə və tələskənliyə də diqqət çəkərək qeyd edib ki, Trampın hərəkətlərində tez-tez "səhər bir söz deyib, axşam başqa şey etmək" kimi hallar müşahid olunur.