📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Səhər saatlarında başlayan raket hücumundan sonra Kiyevdən geriyə qalanlar - FOTOREPORTAJ

2022-10-10 15:15:00

Səhər saatlarında başlayan raket hücumundan sonra Kiyevdən geriyə qalanlar - FOTOREPORTAJ

Rusiya qoşunlarının Ukraynanın paytaxtı Kiyevə raket hücumları hazırda davam edir.

“Report”un hadisə yerində olan Şərqi Avropa bürosunun əməkdaşının verdiyi məlumata görə, təkcə şəhərin mərkəzi Şevçenko parkı ərazisində xeyli mülki insan həlak olub, onlarla yaralı var. Ərazidə vətəndaşlara məxsus avtomobillər sıradan çıxıb.

Ukrayna Hərbi Hava hücumundan müdafiə qüvvələri tərəfindən raket zərbələrinin bir çoxunun qarşısı alınır.

Qeyd edək ki, paytaxt Kiyevə atılan raketlərdən biri şəhərin Vladimirskaya küçəsində Prezident Volodimir Zelenskinin ofisinin yaxınlığına düşüb.