📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

"Səhər yeməyi üçün vacib qidalar 63 faiz bahalaşıb" - Millət vəkili qiymət artımından danışdı

2021-11-01 14:49:00

 

"Dünyada standart səhər yeməyi 10 ildə ən yüksək həddə qədər bahalaşıb”.

Hurriyyet.az Sfera.az-a istinadla  bildirir ki, bunu Milli Məclisin deputatı Tahir Mirkişili deyib. Onun sözlərinə görə,  2019-cu ildən bəri səhər yeməyi üçün qidaların qiyməti orta hesabla 63% artıb:

"2021-ci ilin avqustundan etibarən isə qiymət artımı sürətlənib. Belə ki, buğda 20%, şəkər 26%, çay və kofe isə 56% bahalaşıb. Qidanın bahalaşmasının səbəbləri kimi, pis hava şəraiti, bəzi kənd təsərrüfatı məhsullarının az yığılması və COVID-19 pandemiyası səbəbindən təchizat zəncirində yaranan problemlər göstərilir”.

 

Millət vəkili əlavə edib ki, "Financial Times”ın rəyini soruşduğu ekspertlərin sözlərinə görə, qidaların bahalaşması ən azı 2022-ci il ərzində də davam edəcək.

 

Hurriyyet.az