📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Şəhərin mərkəzində deputatı döydülər - FOTO

2023-07-15 23:00:00

Şəhərin mərkəzində deputatı döydülər - FOTO

Sankt-Peterburqda Nevski prospektində bələdiyyə deputatı rezin çubuqla döyülüb.

Buna səbəb iyulun 14-də saat 14 radələrində Duma qülləsi yaxınlığında baş verən yol qəzası olub. Daxili İşlər Nazirliyinin Sankt-Peterburq və Leninqrad vilayəti üzrə Baş İdarəsi bildirib ki, münaqişə barədə “112” nömrəsinə zəng edən qadın məlumat verib.

Bildirilir ki, hadisə yerinə Rusiya Qvardiyasının dəstəsi gəlib və polisin köməyi ilə Aviakonstruktorov prospektinin 22 yaşlı sakini saxlanılıb. Zərərçəkmiş Mariinski xəstəxanasına göndərilib - ona qapalı kəllə-beyin travması, beyin silkələnməsi diaqnozu qoyulub. Tibbi yardım göstərildikdən sonra deputatın vəziyyəti qənaətbəxşdir. Hücum edən şəxs xuliqanlıqda ittiham olunub.\\Lent.Az