📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

ŞƏHİD – Şeir

2023-04-12 11:54:00

ŞƏHİD – Şeir

Alnımıza yazılıbdır,

Al qan ilə adın, Şəhid.

Yuxusunda kabususan,

O dünyadan, yadın, Şəhid.

 

Xalqı yumruğa çevirən,

Düşməni yıxıb, devirən,

Qəlbi millətçün döyünən,

Qəlb duranda olar Şəhid.

 

Sən Hüseyn övladısan,

Mübarizin qardaşısan,

Poladların sirdaşısan,

Əsgər Şəhid, general Şəhid.

 

Ana borcu haqq borcudur,

Ayağı altı cənnətdir.

Ölümünlə anadan da,

Götürmədin minnət Şəhid.

 

Bizim bayrağımız, Şəhid,

Bizim dövlətimiz, Şəhid,

Yıxılmazdır heç bir zaman,

Ola bilsək, sən tək Şəhid.

ŞAMİL

12.04.2023