📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Şəhid analarının müraciətləri həll olundu - VİDEO

2022-09-06 17:34:00

Şəhid analarının müraciətləri həll olundu - VİDEO

44 günlük Vətən müharibəsinin şəhidi Şahin Qədirovun anası Sənəm Qədirovanın SOCAR “Azəriqaz” İstehsalat Birliyinə etdiyi müraciət çox keçmədən həllini tapıb.

Hurriyyet.az bildirir ki, Tovuz rayonu, Abulbəyli kənd sakini Sənəm Qədirovanın fərdi yaşayış evi qazlaşdırılaraq sayğac quraşdırılıb. Vətən yolunda canından keçən şəhid Elvin Mustafayevin də anasının müraciəti SOCAR “Azəriqaz” İB-nin diqqətindən kənarda qalmayıb.

Şəhid anasının müraciəti əsasında fərdi yaşayış evi qazlaşdırılıb, həmçinin fərdi yaşayış evi qaz sayğacı ilə təmin edilib. (bakupost)