📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Şəhid mayor Xəyal Məmmədovun xatirəsinə həsr olunan “Vətənin Xəyalı” kitabı Şəkidə təqdim edildi

2026-11-20 21:11:42

Şəhid mayor Xəyal Məmmədovun xatirəsinə həsr olunan “Vətənin Xəyalı” kitabı Şəkidə təqdim edildi


18 noyabr 2026-cı tarixində AYB və AJB-nin üzvü, "VƏTƏN FƏDAİLƏRİ" layihəsinin rəhbəri yazıçı-publisist Manya Səxavətqızının Vətən müharibəsində qəhrəmancasına Şəhid olan mayor Məmmədov Xəyal Ağabəy oğlun 34 illik ömrünün izi həkk olunan 14-cü kitabı "VƏTƏNİN XƏYALI" kitabının ikinci təqdimat mərasimi keçirildi. Xəyal Məmmədovun 40-cı mövlud günündə keçilərin təqdimat mərasimində Şəhid ailələri, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin, Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin, Daxili Qoşunların rəhbər və şəxsi heyəti, qazilər, veteranlar, Şəki Şəhər İcra Hakimiyyəti, Şəki Dövlət Dram Teatrın rəhbər və işçi heyəti, Yap Şəki Rayon Təşkilatı, Şəki rayon təhsil şöbəsinin rəhbər və işçi heyəti, və digər qonaqlar iştirak etdilər. Tədbir bədii hissəsi isə tədbirin aparıcısı Elvin Nüsrətoğlunun bədii rəhbərliyi ilə hazırlanmış musiqi və rəqs nömrələri ilə davam edib. Eyni zamanda "VƏTƏNİN XƏYALI" adlı musiqi də təqdim olundu.
       19 noyabr 2026-cı il tarixində isə kitabın ikinci təqdimatı Azərbaycan Pedaqoji Universitetinin Şəki Filialında keçirildi. Tədbirdə filialın direktoru, dosent Vurğun Məmmədov və tədris işləri üzrə direktor müavini, dosent Gülarə Abdullayeva, müəllim və şagird kollektivi iştirak etdi. Xəyal Məmmədovun anası İlfat xanımın sözləri hər kəsi duyğulandırdı. Xəyal Məmmədovun qardaşı Taleh Məmmədovun kitabın və tədbirin ərsəyə gəlməsindəki roluna diqqət çəkilərək Şəhid qardaşının örnək olan bu addımının əhəmiyyəti vurğulanıb.
     Təqdimat mərasimində "VƏTƏN FƏDAİLƏRİ" layihəsinin rəhbəri Manya Səxavətqızı və layihənin ümumi dəstəkçisi Şəhid qardaşı, Qazi oğlu Şahin Məmmədov kitablar haqqında ətraflı məlumat verdi. Həmin tədbirin də bədii hissəsi tədbirin aparıcısı Elvin Nüsrətoğlunun bədii rəhbərliyi ilə hazırlanmış musiqi və rəqs nömrələri ilə davam etdi. Manya Səxavətqızı müəllimlərin və tələbələrin suallarını cavablandırdı. Sonda universitetin kitabxanasına kitablar təqdim olundu və xatirə şəkilləri çəkildi.