📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Şəhid olan 11 nəfərin şəxsiyyəti məhkəmə genetik müayinələrdən sonra müəyyənləşdiriləcək

2023-09-27 11:45:33

Şəhid olan 11 nəfərin şəxsiyyəti məhkəmə genetik müayinələrdən sonra müəyyənləşdiriləcək

Azərbaycan Silahlı Qüvvələri tərəfindən sentyabrın 19-20-da həyata keçirilən uğurlu lokal antiterror tədbirləri nəticəsində şəhid olan 11 nəfərin şəxsiyyəti Məhkəmə Tibbi Ekspertiza tərəfindən məhkəmə genetik müayinələr aparıldıqdan sonra müəyyənləşdiriləcək.

Hurriyyet.az xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyindən məlumat verilib.

Qeyd edək ki, antiterror tədbirlərində 192 hərbçi və 1 mülki şəxs şəhid olub, 511 hərbçi və mülki şəxs yaralanıb.

Musavat.com