📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Şəhid övladı rəis müavini təyin edildi

2022-06-09 20:35:00

Şəhid övladı rəis müavini təyin edildi

Daxili İşlər orqanlarında kadr dəyişikliyi olub.

Bununla bağlı Daxili İşlər naziri general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb. 

Nazirin əmri ilə, Goranboy rayon Polis şöbəsinin Cinayət-Axtarış  bölməsinin baş əməliyyat müvəkkili, polis baş leytenantı Sənan Əsgərov Göygöl RPŞ-nın Sarısu bölməsinə rəis müavini təyin edilib.

Qeyd edək ki, S.Əsgərovun atası Xəzanı Əsgərov 1994-cü ildə Qarabağ müharibəsində şəhid olub. \\Oxu.az