📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Şəhid polkovnik-leytenantın atası vəfat etdi

2021-11-06 14:41:00

Şəhid polkovnik-leytenantın atası vəfat etdi

Vətən müharibəsi şəhidi, polkovnik-leytenant Mehman Qənbərovun atası Nəriman Qənbərov dünyasını dəyişib.

Hurriyyet.az xəbər verir ki, bu barədə “Qafqazinfo”ya şəhidin qardaşı Cavid Qənbərov məlumat verib. O, atasının şəkər xəstəliyindən vəfat etdiyini bildirib.

Bu gün səhərə yaxın N.Qənbərov şəkərdən komaya düşüb və qəfil dünyasını dəyişib.

Mərhum Bərdədə dəfn olunacaq.

Qeyd edək ki, şəhidin atası bir müddət öncə koronavirusa yoluxub sağalmışdı.

Xatırladaq ki, Mehman Qənbərovun ailəsi yaşadığı evin şəraitsiz olması ilə bağlı gündəmə gəlmişdi. Həmin reportajı bir daha təqdim edirik: