Şəhid Vidadi Zalov evin tək oğul övladıdır
2023-04-12 00:27:00
Laçın istiqamətində düşmənin təxribatı nəticəsində şəhid olan hərbçilərimizdən biri – gizir Vidadi Zalov Abşeron rayonunun Saray qəsəbəsindəndir.
Hurriyyet. Az xəbər verir ki, o, 17 iyul 1985-ci ildə anadan olub.
Vaxtilə Saray qəsəbəsində sovxoz direktoru işləmiş Nizami Zalovun yeganə oğul övladıdır.
Vidadi Zalovdan Nizami adlı bir oğlu və Humay adlı bir qız övladı yadigar qaldı.
Allah qəni-qəni rəhmət eləsin!
Mənbə: KONKRET.az