Şəhid xanımı avtomobili özü idarə edirmiş: Dəhşətli hadisənin TƏFƏRRÜATI
2021-10-22 14:15:00
Daxili İşlər Nazirliyi (DİN) Kürdəmir rayonunda baş verən ağır yol qəzası ilə bağlı məlumat yayıb.
Hurriyyet.az ki, oktyabrın 21-də saat 14 radələrində Kürdəmir rayonunun Şüşün kəndi ərazisində Bakı şəhər sakini Günel Ələsgərova (şəhid Rəhim Hüseynovun həyat yoldaşı) idarə etdiyi “Ford” markalı avtomobili aşırıb.
Nəticədə özü və sərnişini Emin Tağıyev hadisə yerində ölüblər.
Kürdəmir Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.