📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Şəhid Xudayar Yusifzadənin qardaşı müğənninin qızı ilə ailə qurur

2024-12-13 19:09:44

Şəhid Xudayar Yusifzadənin qardaşı müğənninin qızı ilə ailə qurur

Bu gün Vətən müharibəsinin şəhidlərindən olan Xudayar Yusifzadənin qardaşının toyudur.

Hurriyyet.Az Manset.az-a istinadən xəbər verir ki, şəhidin qardaşı İlkin Yusifzadə Nilufər adlı xanımla ailə həyatı qurur.

Toy mərasimi Bərdə şəhərində baş tutacaq.

İlkin Yusifzadənin xanımı Bərdə və ətraf rayonların tanınmış musiqiçisi, müğənni Elizamin Bərdəlinin qızıdır.

Məclisdə bir sıra yüksəkvəzifəli şəxslər, tanınmış sənətçilər və media nümayəndələri iştirak edəcəklər.