Şəhidimiz evin tək oğlu imiş...
2021-10-15 00:00:00
Xəbər verdiyimiz kimi, bu gün saat 18:15 radələrində qanunsuz erməni silahlı dəstələri tərəfindən açılan snayper atəşi nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçusu əsgər Həmzəyev Əfqan Bəhram oğlu şəhid olub.
Hurriyyet.az Qafqazinfo-ya istinadla xəbər verir ki, şəhidimiz Goranboy rayonunun Borsunlu kəndindəndir.
2002-ci il təvəllüdlü Əfqan evin tək oğlu olub və bir il idi hərbi xidmətdə imiş.
O, sabah doğulduğu kənddə torpağa tapşırılacaq.
Allah rəhmət eləsin!
