📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Şəhidin 21 yaşlı qardaşının meyiti tapıldı - Foto

2026-08-14 13:51:43

Şəhidin 21 yaşlı qardaşının meyiti tapıldı - Foto

Bərdədə 21 yaşlı gəncin meyiti tapılıb.

Hurriyyet.Meda -nın  əldə etdiyi məlumata görə, hadisə avqustun 13-ü saat 22 radələrində baş verib.

Nəcəfqulubəyli kənd sakini 2005-ci il təvəllüdlü Kənan İlyasovun meyitini yaxınları evin həyətində aşkar ediblər. Faktla bağlı rayon prokurorluğu araşdırma aparır.

Qeyd edək ki, vəfat edən gənc Vətən müharibəsi şəhidi Bəhruz İlyasovun qardaşıdır. Onların atası Nizam İlyasov isə Birinci Qarabağ müharibəsi qazisidir. Onun 2 övladı olub.