Şəhidin adına cərimə protokolu göndərilməsi xəbərinə - Rəsmi reaksiya
2022-01-29 10:21:00
Vətən müharibəsi şəhidi İnqilab Qədirbəylinin adına cərimə protokol göndərilməsi ilə bağlı sosial şəbəkələrdə məlumat paylaşılıb.
DİN Mətbuat Xidmətinin Şirvan regional qrupundan "Qafqazinfo"ya bildirilib ki, 52-BG-172 dövlət qeydiyyat nişanlı avtomobillə bağlı sonuncu etibarnamə İnqilab Qədirbəylinin adına verilib.
Həmin etibarnamə avtomaşın sahibi tərəfindən ləğv edilmədiyi üçün protokol avtomatik onun adına tərtib edilib: "Bu məsələni siyasiləşdirmə cəhdi ənənəvi davranışdır. Şəhidlər bizim baş tacımızdır, onların adının siyasi platformalarda hallandırılması cəhdləri yanlışdır".