Şəhidin ata-anası qəzada yaralandı - Fotolar
2026-11-13 14:50:03
Naxçıvan Muxtar Respublikasının Babək rayonunda yol qəzası baş verib.
Hurriyyet.net APA-ya istinadən xəbər verir ki, hadisə Çeşməbasar kəndi ərazisində qeydə alınıb.
“KamAZ” və “Hyundai” markalı avtomobillərin toqquşması nəticəsində 2 nəfər xəsarət alıb.
Xəsarət alanlar - 1970-ci il təvəllüdlü Habil Məmmədli və 1973-cü il təvəllüdlü Raziyə Məmmədova Naxçıvan Muxtar Respublika Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə yerləşdiriliblər.
Hadisə zamanı qaz infrastrukturuna da ziyan dəyib.
Qeyd edək ki, xəsarət alanlar şəhid Zaman Məmmədlinin valideynləridir.
Hadisə yerinə polis əməkdaşları və Naxçıvan MR Fövqəladə Hallar Nazirliyinin əməkdaşları cəlb olunub.
Faktla bağlı araşdırma aparılır.


