📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Şəhidin dəfnində ürəkdağlayan anlar: "Səndən doymadım, Həsən..." (VİDEO)

2024-01-05 19:44:29

Şəhidin dəfnində ürəkdağlayan anlar:

Xəbər verdiyimiz kimi, Laçın rayonunda çətin relyefli dağlıq ərazidə ötən gün hərbi nəqliyyat vasitəsinin qəzaya uğraması nəticəsində şəhid olan Azərbaycan Ordusunun hərbi qulluqçusu İsmayılov Həsən bu gün Gəncədə dəfn edilib.

Hurriyyet.Az xəbər verir ki, Manset.az-ın məlumatına görə, dəfn mərasimində onun hərbçi yoldaşları, şəhər icra hakimiyyətinin rəhbərliyi və Gəncə şəhər ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

İyirmi səkkiz yaşlı gizir Həsən İsmayıl oğlu ailəli idi. Onun iki övladı yadigar qalıb.

Dəfn mərasimində ürəkdağlayan anlar yaşanıb.

Qeyd edək ki, qəzada həlak olan hərbçiyə şəhid statusu veriləcək.

Sözügedən görüntüləri təqdim edirik: