📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Şəhidin məktəbli bacısı faciəvi şəkildə vəfat etdi

2021-11-13 14:00:00

Şəhidin məktəbli bacısı faciəvi şəkildə vəfat etdi

Vətən müharibəsi şəhidi Rəşad Ağayevin ailəsinə daha bir ağır itki üz verib.

Şəhidin bacısı Tamilla Ağazadə ötən gün dəm qazından zəhərlənərək dünyasını dəyişib. Bildirilir ki, şəhid bacısı rayonun 283 nömrəli məktəbinin 10-cu sinif şagirdi olub.

Faktı Binəqədi rayon İcra Hakimiyyətindən saytımıza təsdiqləyiblər. 

Qeyd edək ki, 2000-ci il təvəllüdlü R. Ağayev 2020-ci ilin oktyabrın 2-də Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə şəhid olub.